AZ

Əliyar Ağayev Millətlər Liqası matçını idarə etdi

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Millətlər Liqası 6-cı turu çərçivəsində keçirilən Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olub.

İdmanxeber.az-ın məlumatına görə, FİFA referisinə Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib. 

1:1 hesabı ilə başa çatan matçda Əliyar Ağayev cəmi bir sarı vərəqə göstərib. O, matçın 76-cı dəqiqəsində meydan sahiblərinin oyunçusu Ermedin Demiroviçə rəsmi xəbərdarlıq edib.

 

Seçilən
0
2
idmanxeber.az

4Mənbələr