AZ

Maradonaya şərik çıxdı

style='margin-bottom:10px;'>

Argentina millisinin hücumçusu Lautaro Martines komandadakı qol sayına görə əfsanəvi Dieqo Maradonaya çatıb.

QOL.az xəbər verir ki, "İnter"in forvardı bunu DÇ-2026-nın seçmə mərhələsində Peru millisi ilə oyunda reallaşdırıb.

Oyunda yeganə qolu vuran 27 yaşlı futbolçu millidəki qollarının sayını 32-yə çatdırıb.

Argentina millisində ən çox qol vuran futbolçus iəs Lionel Messidir. O, 112 dəfə rəqib qapılarına yol tapıb. Qabriel Batistutanın 55, Serxio Aqueronun 41, Ernan Kresponun isə aktivində  35 qolu var. Martines və Maradona isə 32 qolla yığma tarixinin ən yaxşı bombardirləri siyahısında 5-ci yeri bölüşürlər.

Qeyd edək ki, Argentina – Peru matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
19
3
teleqraf.com

9Mənbələr