AZ

Netanyahu döyüş bölgəsində əsgərlərlə görüşüb

Netanyahu

İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağını ikiyə bölən Netzarim dəhlizinə gedərək bölgəni işğal edən əsgərlərlə görüşüb.

Reyting.az
-ın xəbərinə görə, Baş nazirlik ofisindən verilən yazılı açıqlamada bildirilir ki, Binyamin Netanyahunu müdafiə naziri Yisrael Katz, Baş Qərargah rəisi Herzi Halevi və İsrail Daxili Kəşfiyyat İdarəsinin Şin-Bet rəisi Ronen Bar müşayiət edib.

Bölgəni işğal edən İsrail əsgərləri ilə görüşən Netanyahu burada açıqlama verərək hücumlar bitdikdən sonra HƏMAS-ın Qəzzanı “idarə etməyəcəyini” deyib.

Paylaşılan videoda İsrail ordusunun hücumundan sonra Qəzzada dağıntılar və bölgədən yüksələn tüstünün əks olunduğu anlar da yer alıb.

Səfəri zamanı dəbilqə və zirehli gödəkcə geyinmiş Netanyahu bildirib ki, Qəzza zolağından xilas edilən hər israilli məhbus üçün 5 milyon mükafat verəcəklər.

Netanyahu, İsrailin məqsədlərindən birinin “HƏMAS-ın Qəzzada hökm sürməməsi” olduğunu ifadə edib.

O, məhkumların yerini müəyyən edib evlərinə gətirmək üçün səy göstərdiklərini deyib.

V. QULİYEV
Seçilən
8
reyting.az

1Mənbələr