AZ

Pentaqon təkzib elədi - “Uraynaya icazə verməmişik”

Pentaqonun rəsmi nümayəndəsi Sabrina Sinq ABŞ prezidenti Co Baydenin Ukraynaya Amerika raketlərindən istifadə edərək Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verdiyi barədə məlumatı təsdiqləməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, Pentaqonun sözçüsü bu barədə jurnalistlərə bildirib.

“Hazırda elan edəcəyim və ya təsdiqləyəcəyim bir şey yoxdur. Əgər ictimaiyyətlə bölüşəcək bir məlumatımız olsa, bunu edəcəyik”, - Sinq deyib.

Pentaqonun nümayəndəsi əlavə edib ki, ABŞ Rusiya ilə müharibə vəziyyətində deyil.


Müəllif: Qənirə Süleymanova
Seçilən
7
1
teleqraf.com

2Mənbələr