AZ

Azərbaycanda istehsal olunan avtobusların satışı, ehtiyat hissələrinin idxalı ƏDV-dən azad ediləcək

Bakı. Trend:

Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı,habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobuslarınehtiyat hissələrinin idxalı ƏDV-dən azad ediləcək.

Trend xəbər verir ki, bu,Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsalolunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədiəsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobuslarınehtiyat hissələrinin idxalı - 2025-ci il yanvarın 1-dən 8 ilmüddətinə ƏDV-dən azad olunacaq.

Qeyd edilib ki, nəqliyyat sisteminin daha təhlükəsiz, ekolojicəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılmasıAzərbaycanın dayanıqlı inkişafının hədəflərindəndir. Bu məqsədləölkəmizin avtobus parkının yenilənməsi istiqamətində işlərgörülür.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasının 2024-cü il dövlətbüdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)üçün nəzərdə tutulan vəsaitin bölgüsü'nün təsdiq edilməsi haqqında13 yanvar 2024-cü il tarixli 4265 nömrəli Sərəncamında "BakuBus”MMC üçün elektrik mühərrikli avtobusların alınması ilə bağlı2024-cü il dövlət büdcəsindən 90 milyon manat vəsait ayrılmasınəzərdə tutulmuş və həmin avtobusların ölkəmizdə bu sahədəistehsalı həyata keçirəcək təchizatçıdan alınması tapşırılıb.Həmçinin qarşıdakı illərdə də bu istiqamətdə vəsaitlərin ayrılmasınəzərdə tutulub. Eyni zamanda Azərbaycanda avtobus parkının yerliistehsal hesabına təmin edilməsi məqsədilə elektrik avtobuslarınyerli istehsalının qurulmasına dair müqavilələrin bağlanılmasıistiqamətində işlər aparılmaqdadır.

Məqalədə:
Seçilən
7
22
az.trend.az

10Mənbələr