AZ

“Dünyanın ən yaşlı ailəsi”nin sirri açıldı: Hər gün bu yeməyi yeyiblər - Foto

“Dünyanın ən yaşlı ailəsi”nin sirri məum olub.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2012-ci ildə Ginnesin Rekodlar Kitabına düşən ümumilikdə yaşlarının cəmi 818 olan Melis ailəsi ilə bağlı sənədli film hazırlanıb.

Doqquz bacı-qardaşdan ibarət yaşayan ailənin həyatı haqqında 2023-cü ildə “Netflix “tərəfindən "100-ə qədər yaşa: Mavi zonaların sirləri" sənədli filmi çəkilib.

Sənədli filmdə ailənin yaşadığı Sardiniya adası və xüsusilə də “mavi zona” kimi tanınan yer lə bağlı ətraflı məlumat verilib.

Müəllif Den Buettner ailənin uzun ömrünün sirrində qidalanmanın vacibliyini vurğulayıb.

Melis ailəsinin əsasən bitkilərdən ibarət və vitaminlərlə son dərəcə zəngin olan qidaya üstünlük verdiyi bildirilib.

Sənədli filmdə ailənin hər gün günorta eyni yeməyi yediyinə diqqət çəkilib. Bildirilib ki, onlar turş mayalı çörək və 3 paxla növü olan yeməklərlə qidalanıblar. 

Belə olan halda hər gün istehlak edilən üç növ paxla maraq doğurub.

Amerikalı dietoloq Samantha Kassetti mövzu ilə bağlı maraq doğuran detalları belə izah edib:

“Görünür, ən uzun ömürlü insanlar çoxlu paxla istehlak edirlər. Eynilə Melis ailəsi də hər gün yeməklərində pinto lobya, ağ lobya və noxud yeyir".

Kassetti, uzun və sağlam ömür sürən insanların müntəzəm olaraq lobya istehlak etdiyini vurğulayıb.

Üç paxlalı minestron şorbası tərkibindəki qidalar sayəsində bağırsaq sağlamlığını dəstəkləyir, bağırsaq sağlamlığı isə uzun ömür təmin edir. Bu pəhriz nümunəsi qan təzyiqi və xolesterin səviyyələrini aşağı salmaqla yanaşı, iltihab, çəki və qida maddələrinin udulması kimi funksiyaları tarazlaşdırır.

Şorbanın tərkibi: soğan, sarımsaq, zeytun yağı, tomat, balqabaq, yerkökü, kartof, kərəviz, təzə lobya və ya paxla, gül kələm, pırasa, təzə reyhan, toyuq suyu, makaron, meksika lobyası, təzə üyüdülmüş qara bibər.

Üç qardaş və altı bacıdan ibarət ailə üzvlərinin yaşları aşağıdakı kimidir:
1.    Konsolata 105 yaş
2.    Klaudina 99 yaş
3.    Maria 97 yaş
4.    Antonio 93 yaş
5.    Konsetta 91 yaş
6.    Adolfo 89 yaş
7.    Vitalio 81 yaş
8.    Fida yaş
9.    Mafalda 78 yaş

Qeyd edək ki, “Mavi zonalar” insanların orta hesabla daha uzun və sağlam yaşadığı dünyanın beş bölgəsinə aiddir. “Mavi zonalar” bunlardır:
1. Loma Linda (Kaliforniya, ABŞ)
2. Nicoya (Kosta Rika)
3. Okinava (Yaponiya)
4. Sardiniya (İtaliya)
5. İkariya (Yunanıstan)

Billurə

Seçilən
15
olke.az

1Mənbələr