AZ

Yaponiya 2025-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə üçün vəsait ayıracaq - Nazir

Bakı. Trend:

Yaponiya 2025-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlimtəşəbbüsləri üçün dövlət və özəl dəstək şəklində 70 milyard dollarayırmağa söz verib.

Trend xəbərverir ki, bu barədə Yaponiyanın ətraf mühit naziri Keyitiro AsaoCOP29 Sammitində milli bəyanatı ilə çıxışı zamanı bildirib.

"Qlobal istiləşmənin 1,5°C həddində saxlanılması məqsədinə nailolmaq üçün beynəlxalq ictimaiyyətin birgə fəaliyyət göstərəcəyiçərçivələr yaradılmalıdır. Xüsusilə müvafiq imkanlara malikölkələrin töhfəsi və özəl maliyyə resurslarının səfərbər edilməsivacibdir", - deyə o qeyd edib.

Nazir istixana qazı emissiyalarının azaldılmasına dair iqtisadicəhətdən geniş hədəflərin müəyyən edilməsinin vacibliyinivurğulayıb və ən böyük iqtisadiyyatlara onların azaldılması üzrəkonkret göstəricilər müəyyənləşdirməyə çağırıb.

Onun sözlərinə görə, Yaponiya öz növbəsində, cari MilliSəviyyədə Müəyyən Olunmuş Töhfə (NDC) çərçivəsində emissiyalarınazaldılması öhdəliklərini həyata keçirməkdə davam edir və 2050-ciilə qədər karbon neytrallığına nail olmaq məqsədinə sadiqdir. 1,5°Chədəfinə uyğun olaraq yeni, daha iddialı NDC gələn ilin fevralayında təqdim ediləcək.

Bundan əlavə, nazir Paris Sazişinin 6-cı maddəsinin tətbiqininəhəmiyyətini vurğulayıb. Bu maddə yüksək keyfiyyətli karbonbazarlarını tənzimləyir və dekarbonizasiya texnologiyalarının özəlmaliyyələşdirilməsini stimullaşdırır.

"Yaponiya Birgə Kredit Mexanizmi (JCM) vasitəsilə qlobaldekarbonizasiyaya töhfə verəcək və COP29-un uğurla başaçatdırılması üçün beynəlxalq səyləri dəstəkləməyə davam edəcək", -deyə nazir yekunlaşdırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
5
1
az.trend.az

2Mənbələr