Bakı.Trend:
COP29-un Bakıda keçirilməsi tarixi addımdır.
Trend xəbərverir ki, verir ki, bunu Ümumdünya Turizm Təşkilatının (UNWTO) Başkatibi Zurab Pololikaşvili COP29 çərçivəsində təşkil olunmuş TurizmSektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə nazirlərinbirinci görüşündə bildirib.
O, Azərbaycanı və dünyanı bu mühüm tədbirin Bakıda təşkilolunması münasibətilə təbrik edib.
"COP tarixində ilk dəfə olaraq turizmlə bağlı məsələlər gündəmədaxil edilib və bu, sektor üçün böyük əhəmiyyət daşıyır. 29 ilərzində heç vaxt turizmdən danışılmayıb. Bu, ilk dəfədir və bunagörə bu gün turizm sənayesi üçün tarixi gündür. Bu hadisəninAzərbaycanda baş verməsindən çox məmnunam, çünki bu, böyük və vacibbir ənənənin başlanğıcıdır.
Turizm sülhün təmin olunmasında mühüm rola malikdir. Eynizamanda, iqlim dəyişikliyi və ətraf mühit problemləri, o cümlədənərzaq tullantıları kimi məsələlər də turizmə təsir edir və busahədə yeni çağırışlar yaradır",- deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.