2023-cü ilin oktyabrından bəri Livanda səhiyyə müəssisələrinə ən azı 137 hücum qeydə alınıb. Bu barədə BMT-nin ölkədəki Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
“2023-cü ilin oktyabr ayından indiyədək bütün ölkə üzrə səhiyyə müəssisələrinə 137 hücum qeydə alınıb və onların 226 əməkdaşı xidməti vəzifələrini yerinə yetirərkən həlak olub”, - idarənin sənədində deyilir.
Hesabatda qeyd edildiyi kimi, bu günə qədər Livanın 178 xəstəxanasının 13%-i fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb və ya zədələnib.
Oxuməni.az