AZ

16 min sağlam adamı qəsdən əməliyyat ediblər - Özəl xəstəxana şəbəkəsi ifşa oldu

Yenidoğan şəbəkəsi ilə bağlı irəli sürülən ittiham aktında adı çəkilən Özel Şafak Xəstəxanasının sahibi Seçim Öztürk son 10 ildə Sosial Müdafiə Qurumundan (SGK) 600 milyon lirə aldıqlarını açıqlayıb. O, dövlətdən 16 min saxta göz əməliyyatı barədə hesabat hazırlayıb hesab-faktura təqdim etmələri ilə bağlı 3,5 milyon dollar geri ödədiyini etiraf etsə də, xəstəxanasının bağlanmadığını irəli sürüb. Həmçinin reanimasiya şöbələrinə sağlam şəxslər yerləşdirərək dövlətə ödəniş üçün müraciət etdiklərini açıq şəkildə bildirib. Bu əməliyyata görə dövlət tərəfindən ödəniş edilməməsinə görə məhkəməyə müraciət etdiyini də əlavə edib.

Milli.Az xəbər verir ki, Seçim Öztürk Bağcılardakı xəstəxananın bağlandığını, amma Avropa Şafakın hələ də fəaliyyət göstərdiyini bildirib.

Halk TV efirində SGK hesabatlarının müzakirəsi zamanı yayıma qoşulan Öztürk, xəstəxananın bağlanmadığını söyləyib. O, 10 il ərzində dövlət tərəfindən 600 milyon lirə ödəniş aldığını təsdiqləyib.

Sağlam şəxslərin reanimasiya şöbələrinə yerləşdirildiyi iddiasına dair hesabata cavab verən Öztürk bu məlumatı təsdiqləyib və səbəbini belə izah edib:

"Bəli, xəstələr bizim xəstəxanada qalıb. Bu əməliyyatları biz hesab-faktura şəklində dövlətə təqdim etmişik. Dövlətin sistemi belədir ki, heç bir gələn xəstəni başqa yerə göndərə bilməzsiniz. Yataq varsa, qəbul etmək məcburiyyətindəsiniz. Əgər xəstə yolda vəfat etsə, bütün məsuliyyət xəstəxananın üzərinə düşür. Biz xəstələri qəbul etdik, hesab-fakturaları təqdim etdik, lakin dövlət ödəniş etmədiyi üçün məsələni məhkəməyə çıxardıq".

16 min yanlış göz əməliyyatı barədə suallara cavab verən Öztürksaxta göz əməliyyatları ilə bağlı ittihamı qəbul edərək, 3,5 milyon dollar ödədiyini bildirib. Məhkəmə prosesinin davam etdiyini və qalib gəlsə bu məbləği geri alacağını söyləyib.

Öztürk, Yenidoğan istintaqının 2023 və 2024-cü illərin ilk 10 ayını əhatə etdiyini və həmin dövrdə xəstəxanada körpə ölümlərinin olmadığını vurğulayıb.

İslam
Milli.Az

Seçilən
15
3
milli.az

4Mənbələr