AZ

Bu şəxslərdən vergi tutulmayacaq

Azərbaycanda texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividentdən ödəmə mənbəyindən vergi tutulmayacaq.

“Sherg.az” xəbər verir ki, bu, Vergi Məcələsinə dəyişiklik edilməsi ilə bağlı layihəsində öz əksini tapıb.

Hazırda Azərbaycanda texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividentdən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müdddətinə ödəmə mənbəyindən vergi tutulmur.
Seçilən
18
sherg.az

1Mənbələr