ABŞ Prezidenti Donald Tramp ölkədə televiziya şouları ilə məşhurlaşan türk əsilli doktor Mehmet Özü tibbi sığorta qurumunun (“Medicare” və “Medicaid”) rəhbəri təyin edir.
"Cebheinfo.az" xəbər verir ki, Mehmet Öz Səhiyyə Nazirliyinə namizədliyi irəli sürülmüş Robert Kennedinin rəhbərliyi altında çalışacaq. Tramp açıqlamasında "Doktor Öz xəstəliklərin qarşısının alınmasında lider olacaq, beləcə ölkəmizdə səhiyyəyə xərclədiyimiz hər dollara görə dünyada ən yaxşı nəticələr əldə edəcəyik.
Bu, həmçinin səhiyyə xərclərinin üçdə birini və bütün Milli Büdcəmizin dörddə birini təşkil edən millətimizin ən bahalı Hökumət Agentliyində israfçılığı və saxtakarlığı azaldacaq",- deyib. Doktor Öz Senatda təsdiqlənərsə, o, ölkənin yarıdan çoxu üçün tibbi sığorta proqramlarına (“Medicaid”, “Medicare” və Əlverişli Baxım Aktı) cavabdeh olacaq.
Medicaid ABŞ-də milyonlarla yoxsul uşaq və böyüklərə praktiki olaraq pulsuz tibbi xidmət göstərir və yaşlı amerikalılara və əlillərə tibbi sığortaya çıxış təmin edir. Əlverişli Baxım Aktı hökumət tərəfindən maliyyələşdirilən tibbi sığortası olmayan, lakin işəgötürənləri vasitəsilə sığorta ala bilməyən amerikalılar üçün Barak Obama dövründə çıxarılmış bir proqramdır.