Bakı. Trend:
Bəhreyn, qlobal karbon emissiyalarına cüzi töhfəsinə baxmayaraq,iqlim dəyişikliyi ilə mübarizə istiqamətində qətiyyətli addımlaratır.
Trend xəbər verir ki, bubarədə Bəhreynin neft və ətraf mühit naziri Mohammed bin Mubarakbin Daynah COP29 Sammitində milli bəyanatla çıxışı zamanıbildirib.
"Bəhreyn, alçaq ərazilərdə yerləşən bir ada dövləti kimi, qlobalistixana qazı emissiyalarının cəmi 0,1 faizindən də azını istehsaledir, lakin biz nümunəvi olmaq qərarına gəlmişik", – deyə o qeydedib və qlobal əməkdaşlığın zəruriliyini vurğulayıb.
Kral Həməd bin İsa Əl Xəlifə və vəliəhd şahzadə Salman bin HəmədƏl Xəlifənin rəhbərliyi ilə Krallıq, iqlim gündəliyi çərçivəsindəiddialı hədəflər müəyyən edib. Bu hədəflər arasında 2035-ci iləqədər emissiyaların azaldılması və 2060-cı ilə qədər karbonneytrallığına nail olunması daxildir. Bu məqsədlərə çatmaq üçünBəhreyn özəl və dövlət sektorlarının səylərini birləşdirən millienerji strategiyası hazırlayıb.
O, həmçinin, ətraf mühitin bərpasının Krallığın əsas fəaliyyətistiqamətlərindən biri olduğunu vurğulayıb.
“Ekoloji təşəbbüslər sırasında ölkənin meşə örtüyünün ikiqatartırılması və manqrov meşələrinin sahəsinin dörd dəfəgenişləndirilməsi planları var. Bundan əlavə, iqlim təhlükələrinəqarşı 946 kilometrlik sahil xəttini qorumaq məqsədilə sahilərazilərinin davamlılığını təmin edən kompleks strategiyahazırlanıb”, - nazir qeyd edib.
Bəhreynin beynəlxalq ictimaiyyətlə təcrübə mübadiləsinə hazırolduğunu bildirib. Lakin nazir inkişaf etməkdə olan ölkələrə dəstəküçün inkişaf etmiş ölkələrdən maliyyə, texnoloji və peşəkardəstəyin vacibliyini vurğulayaraq, effektiv beynəlxalq əməkdaşlığınyenidən bərpasına çağırıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.