AZ

Yük daşımalarında, limanlarda və logistika terminallarında ekoloji cəhətdən təmiz yanacaq növlərinə keçid zəruridir - Xurşid Rüstəmov

Bakı. Trend:

Yük daşımalarında, limanlarda və logistika terminallarındaekoloji cəhətdən təmiz yanacaq növlərinə keçid zəruridir.

Trend xəbər verir ki, bubarədə BMT-nin Azərbaycandakı nümayəndəsi Xurşid Rüstəmov COP29çərçivəsində keçirilən "Dayanıqlı əlaqəlilik yolları: AsiyadaQarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM),onun üzv dövlətləri və Asiyanın regional təşkilatlarınıntəhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyatdəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusundapanel müzakirədə bildirib.

"ETR, ECMR kimi nəqliyyat xidmətlərinin rəqəmsallaşdırılmasıalətləri və multimodal məlumat və sənədlərin rəqəmsallaşdırılmasıüçün ümumi semantik standartlardan istifadə, prosedurların dahayaxşı uyğunlaşdırılması, nəqliyyat dəhlizlərinin səmərəliliyininartırılması və emissiyaların azaldılması üçün tövsiyə olunur.Nəhayət, yükdaşıma nəqliyyatında, limanlarda və logistikaterminallarında ekoloji cəhətdən təmiz yanacaq növlərinə keçid busektorda karbon neytrallığına nail olmaq üçün vacib addım olacaq.Bu keçid texnoloji inkişaf nəzərə alınmaqla həyatakeçirilməlidir.

Tarixən neft məhsulları beynəlxalq dənizçilik və yükdaşımalardaümumi enerji istehlakının 99 faizindən çoxunu təşkil edib. 2022-ciildə bioyanacaq beynəlxalq dənizçilikdə qlobal enerjiehtiyaclarının cəmi 0,5 faizindən azını təmin edib. Karbonneytrallığı məqsədlərinə nail olmaq üçün bioyanacaq, metanol,hidrogen, ammonyak və elektrik enerjisi daxil olmaqla, aşağı vəsıfır karbonlu alternativ yanacaq növlərindən istifadəninəhəmiyyətli dərəcədə artırılması zəruridir", - deyə Xurşid Rüstəmovqeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
12
az.trend.az

1Mənbələr