AZ

Baydendən Ukraynaya daha bir jest: Rusiyaya qarşı bu sursatdan…

ABŞ-nin Ukraynaya Rusiya ərazisini uzaqmənzilli taktiki raketlərlə vurmağa icazə verməsindən bir gün sonra Bayden administrasiyası Kiyevə dəstək məqsədilə daha bir addım atıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Prezidenti Cozef Bayden tədricən Ukraynaya piyada əleyhinə minaların göndərilməsinə icazə verib.

Bu sensasiyalı məlumatı ilk dəfə “The Washington Post” qəzeti yayıb.

“CNN”-in iki ABŞ rəsmisinə istinadən verdiyi məlumatda isə bildirilir ki, Birləşmiş Ştatlar rus qoşunlarının yavaş və davamlı irəliləyiş əldə etdiyi Ukraynanın şərq hissəsindəki müdafiə zonasında piyada əleyhinə minalardan istifadə etməyi planlaşdırır.

Bu şiddətli döyüş Moskvaya baha başa gəlib və Ukrayna bu həftə Rusiyanın ən çox itki verdiyini iddia edib. Lakin Rusiyanın amansız təzyiqi, Ukraynanın canlı qüvvəsi və sursat çatışmazlığı ilə birləşərək, rus ordusuna tədricən daha çox ərazi ələ keçirməyə imkan verdi.

ABŞ Ukraynanın bu minalardan Rusiyaya qarşı hücum məqsədilə deyil, öz suveren ərazisində müdafiə xətlərinin gücləndirilməsində isfifadə etmək üçün göndərəcək.

Birləşmiş Ştatlar həmçinin Ukraynanın minalardan mülki şəxslərə qarşı riskləri məhdudlaşdırmağa çalışacağına dair təminat istəyib.

Müharibənin ilk günlərindən ABŞ Rusiyanın zirehli maşınlarda say üstünlüyünə qarşı çıxmaq üçün Ukraynanı tank əleyhinə minalar ilə təmin edib. 

Lakin Bayden administrasiyası bu günə qədər Ukraynaya piyada əleyhinə minalar verməyib. Çünki ABŞ minaların yarada biləcəyi davamlı təhlükədən narahatdır.

Seçilən
18
cebheinfo.az

1Mənbələr