AZ

Ermənistanın yeni Daxili İşlər Naziri qadın oldu

Ermənistan Daxili İşlər Nazirliyinə nazir müavini postunu tutan Arpin Sarkisyan rəhbərlik edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə məlumat verib.

“Hörmətli həmvətənlər, daxili işlər nazirinin müavini postunu tutan Arpin Sarkisyan daxili işlər naziri təyin olunacaq”, o yazıb.

Qeyd edək ki, Arpin Sarkisyan 2022-ci ilin yanvarında daxili işlər nazirinin müavini təyin edilib. Sərkisyan buna qədər Ədliyyə Nazirliyinin cinayət qanunvericiliyi, penitensiar və probasiya siyasətinin inkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sarkisyan qərbyönlü qanadla əlaqələri, həmçinin ABŞ-ın Ermənistandakı səfirliyi ilə sıx əlaqələri ilə tanınır. Arpine Sarkisyana əvvəllər – keçmiş nazir Qriqor Minasyanın istefasından sonra ədliyyə naziri təyin edilib./milliaz

Seçilən
44
30
nocomment.az

10Mənbələr