AZ

Yaponiya inkişaf etməkdə olan ölkələrin iqlim xərclərinə dəstək verəcək

Yaponiya inkişaf etməkdə olan ölkələrdə iqlimlə bağlı təşəbbüslərə dəstək üçün 70 milyard dollar ayırmağı vəd edib.

KONKRET.az  xəbər verir ki, bunu Bakıda keçirilən COP29 sammitində Yaponiyanın ətraf mühitin mühafizəsi naziri Keiçiro Asao deyib: “Qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədinə nail olmaq üçün beynəlxalq ictimaiyyətin birgə çalışdığı çərçivə lazımdır. Müvafiq imkanlara malik ölkələrin töhfəsi və özəl maliyyənin səfərbər olunması xüsusilə vacibdir ”.

 Nazir istixana qazlarının azaldılması üçün iqtisadi baxımdan geniş hədəflərə ehtiyac olduğunu vurğulayıb. Bildirib ki, Yaponiya hazırkı Milli Müəyyənləşdirilmiş Töhfə çərçivəsində emissiyaları azaltmaq və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üzrə öhdəliklərini yerinə yetirməyə davam edir: “Yaponiya Birgə Kredit Mexanizmi vasitəsilə qlobal dekarbonizasiyanı təşviq edəcək və COP29-un uğurla başa çatdırılması üçün beynəlxalq səyləri irəli sürməyə davam edəcək ”, – deyə nazir bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
5
konkret.az

1Mənbələr