Tək dəyişməyən şey Azərbaycan sevgimizdir! — Türkiyəli nazirdən PAYLAŞIM
Türkiyənin nəqliyyat və infrasturuktur naziri Abdulkadir Uraloğlu Bakıda səfərdədir.
Demokrat.az-ın məlumatına görə, o, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gəlib.
Uraloğlu özünün sosial media hesabında paylaşımı ilə diqqət çəkib. O, 2018-ci ildə Bakıya səfəri zamanı İçərişəhərdə çəkdirdiyi fotodakı məkanın önündən yeni şəkil paylaşıb.