AZ

CICA-ya sədrlik bu ilin dekabrında Azərbaycana keçəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) sədrlik bu ilin dekabrında Azərbaycana keçəcək".
"Trend" xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin direktoru Nurlan Kenesov "Dayanıqlı əlaqəyə aparan yollar: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin və onun üzvü olan ölkələrin, eləcə də təhlükəsiz, səmərəli və iqlimədavamlı nəqliyyat dəhlizlərinin təmin edilməsi üzrə Asiya regional təşkilatlarının səyləri" mövzusunda panel müzakirəsi zamanı bildirib.
O, Qazaxıstanın Dayanıqlı Əlaqəlilik Şurasının yaradılmasını səbirsizliklə gözlədiyini vurğulayıb.
"Keçən il Şuranın yaradılması konsepsiyası hazırlanıb. CICA Katibliyi ilə birlikdə konsepsiyanı müzakirə etmək üçün milli ekspertlərlə üç işçi görüşü keçirmişik. Ümumilikdə, bu təşəbbüs iştirakçılar tərəfindən geniş dəstək qazanıb. Təşkilatda sədrliyin bu ilin dekabr ayında Azərbaycana keçəcəyini nəzərə alaraq, azərbaycanlı həmkarlarımızdan CICA Katibliyi ilə birgə konsepsiyanın yekunlaşdırılması üzərində işi davam etdirməyi və Şuranın yaradılmasına başlamağı xahiş edirik", - o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
Seçilən
49
44
oxu.az

10Mənbələr