AZ

Şirazda siyasi məhbus intihar etdi

Şiraz şəhərinin Adilabad həbsxanasında saxlanılan siyasi məhbus Səid Qəribi intihar edib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, barəsində çıxarılan qərarın ədalətsizliyinə, saxlanılma şərayitin etiraz edən məhbus özünü yandırıb.

Bildirilib ki, başqa məhbuslar Qəribinin həyatını xilas etsələr də, həbsxana rəhbərliyi ağır bədən xəsarətləri alan məhbusun xəstəxanaya köçürülməsinə icazə verməyiblər.

İnsan haqları təşkilatları həbsxanadakı mənbələrə istinadən Səid Qəribinin həyatının təhlükədə olduğu barədə xəbərdarlıq ediblər.

1994-cü l təvəllüdlü Səid Qəribi, hökumətə müxalif təşkilata üzv olmaq ittihamına görə 15 il həbs cəzasına, 15 il sürgünə məhkum edilib.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

visiontv.az



Seçilən
5
visiontv.az

1Mənbələr