AZ

Bayden Ukraynaya minaların çatdırılmasını təsdiqləyib

ABŞ prezidenti Co Baydenin Ukraynaya piyada əleyhinə minaların çatdırılmasını təsdiqlədiyi iddia edilib.

Bakıvaxtı.az bu barədə ABŞ mediasına istinadla xəbər verir.

Belə ki, Rusiyanın ələ keçirdiyi Ukrayna torpaqlarını yenidən Kiyev qüvvələrinin nəzarətinə keçməməsi üçün minaladığı məlum olsa da, Ukrayna da Rusiyanın irəliləyişini dayandırmaq üçün cəbhə xəttində bəzi ərazilərə mina yerləşdirmək istəyir. 

Bayden administrasiyasının son həftələrdə Rusiyanın Ukraynanın cəbhə xəttinə hücumlarından dərin narahat olduğunu bildirən rəsmilər bunu Rusiya qüvvələrinin irəliləyişini yavaşlatmaq üçün təcili ehtiyac olaraq gördüklərini bildirdiblər:

"Rusiya itkilərindən asılı olmayaraq şərqdə Ukrayna xətlərinə hücum edir, ona görə də ukraynalılar açıq-aydın itkilər verir və daha çox qəsəbə və şəhərlər yıxılma riski altındadır. Bu minalar məhz bununla mübarizə aparmaq üçün xüsusi olaraq çatdırılıb".

Əli Hüseynov

 

Seçilən
14
bakivaxti.az

1Mənbələr