AZ

ABŞ-dən nüvə doktrinası açıqlaması – Rusiyaya hansı cavab veriləcək?

ABŞ Rusiya doktrinasının yenilənməsinə cavab olaraq öz nüvə doktrinasını dəyişmək niyyətində deyil. Bu barədə ABŞ Prezidenti yanında Milli Təhlükəsizlik Şurasının çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

"Rusiyanın nüvə doktrinasını yenilədiyi barədə açıqlaması bizi təəccübləndirmir. Moskva bir neçə həftədir ki, bu barədə siqnallar verir. Rusiyanın nüvə qüvvələrinin konfiqurasiyasında heç bir dəyişiklik aşkar etmədiyimiz üçün biz öz nüvə qüvvələrimizin konfiqurasiyasını dəyişdirmək üçün heç bir səbəb görmürük. Rusiyanın bəyanatlarına cavab olaraq nüvə qüvvələri və ya nüvə doktrinası dəyişdirilməyəcək”, - bəyanatda qeyd olunur.

Pentaqonun sözçüsü Sabrina Sinq də oxşar şərh verib. O, Kremlin bəyanatlarını “məsuliyyətsiz ritorika” adlandırıb və əlavə edib ki, ABŞ “Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamətə malik deyil və biz öz nüvə mövqeyimizi dəyişməyə ehtiyac görmürük”.

“AzPolitika.info”

Seçilən
19
50
azpolitika.info

10Mənbələr