AZ

Lüksemburqlu nazir: İqlim böhranı ilə effektiv mübarizədə vaxt daralır

İqlim böhranı ilə effektiv mübarizə və onun nəticələrinin aradan qaldırılması üçün vaxt getdikcə azalır.

“İki sahil” xəbər verir ki, bunu Lüksemburqun ətraf mühit, iqlim və biomüxtəliflik naziri Serj Vilmes COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.

"Dubayda COP28-də qəbul edilən qərarlar böyük səylərin nəticəsidir. İndi onları milli səviyyədə müəyyən edilmiş töhfələr vasitəsilə konkret fəaliyyətlərə çevirmək lazımdır. Bakıda qəbul edilən qərarlarla bağlı növbəti addımlar aydın əks etdirməlidir", - o vurğulayıb.

Onun sözlərinə görə, Yeni Kollektiv Kəmiyyət Hədəfi COP29-un mirasının həlledici elementi olacaq.

S.Vilmes vurğulayıb ki, həmrəylik və ambisiyalar təkcə COP29-da deyil, bütün iqlim mübarizəsi dövründə əsas sözlərdir.

Nazir, həmçinin iqlim konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlıq edib.

Seçilən
30
1
ikisahil.az

2Mənbələr