AZ

“Təəssüf ki, komandama kömək edə bilməyəcəm” – kapitan “Turan Tovuz”la oyuna yetişəcək

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev oktyabrın sonlarında əməliyyat olundu.

10-cu turda “Şamaxı” ilə görüşdə ayağından zədə alan 29 yaşlı futbolçunun 15-18 gündən sonra yaşıl meydanlara qayıdacağı gözlənilirdi. “Araz-Naxçıvan” artıq üç həftədi Abdullayevin fəaliyyətindən yararlana bilmir.

Bəs kapitan “Kəpəz”lə oyunda komandasına kömək edə biləcəkmi?

Vadimlə əlaqə saxlayıb, fiziki durumu ilə maraqlandıq. O, “Football-plus.az”a açıqlamasında növbəti oyunu da buraxacağını dedi:

“Yavaş-yavaş sağalıram. Demək olar ki, bərpa prosesi keçirəm. Tezliklə, yəni 5-6 gündən sonra komanda ilə məşqlərə başlaya bilərəm. Növbəti turda "Kəpəz"lə ağır səfər görüşü bizi gözləyir. Təəssüf ki, komandama kömək edə bilməyəcəm. Həmişə vurğuladığım kimi, asan oyun yoxdu. Qıraqda olmaq, komandaya kömək edə bilməmək çox çətindi. İnsan sevdiyi işin içində olmaq istəyir. Kənarda dayanmaq psixoloji cəhətdən də mənfi təsir edir. Düşünürəm ki, hər şey istədiyimiz kimi davam etsə, "Turan Tovuz"la oyuna (15-ci tur - red.) çata bilərəm".

RÖYANƏ OĞUZ
Seçilən
5
football-plus.az

1Mənbələr