AZ

Kiyevdəki  ABŞ səfirliyi bağlanıb    

ABŞ-nin Ukraynadakı səfirliyi noyabrın 20-də gözlənilən hava hücumu ilə bağlı məlumat aldıqdan sonra bağlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə  Amerika Dövlət Departamentinin “X” sosial şəbəkə hesabında məlumat yerləşdirilib: “ABŞ-nin Kiyevdəki səfirliyi noyabrın 20-də potensial irimiqyaslı hava hücumu ilə bağlı konkret məlumat alıb. Səfirlik bağlanacaq”. ABŞ vətəndaşlarına Ukraynaya hava hücumu ilə bağlı xəbərdarlıq ediləcəyi təqdirdə dərhal sığınacaqlarda gizlənmələri tövsiyə olunub.Xatırladaq ki, bu gün səhər saatlarında Kiyev və Brovarıda partlayışlar baş verib . Gecə saatlarında Ukrayna paytaxtında da partlayış səsləri eşidilib .

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
9
konkret.az

1Mənbələr