AZ

Əfqanıstan dünya ilə əlaqələrini şəriət qanunlarına əsasən qurmaq istəyir

Əfqanıstanın digər ölkələrlə münasibətləri İslam və şəriət prinsiplərinə zidd olmamalıdır...

Poliqon Ariana News telekanalına istinadən xəbər verir ki, bunu Əfqanıstanın Daxili İşlər Nazirliyinin rəhbəri Xost Siracuddin Hakkani deyib.

"Əfqanıstan İslam Əmirliyi dünya ölkələri ilə İslam və şəriət qanunlarının prinsiplərinə zidd olmayan münasibətlər qurmağa çalışır", deyə nazir vurğulayıb.

Hakkani qeyd edib ki, Kabil müstəmləkəçiliyə qarşıdır və heç kəsin ölkənin dini qanunlarını pozmasına icazə verməyəcək. Onun sözlərinə görə, Əfqanıstan digər ölkələrlə tərəfdaşlıq axtarır: "Çünki bizim maraqlarımız və ehtiyaclarımız ticarət və digər aspektlərdən asılıdır"

Qeyd edək ki, Taliban 2021-ci il avqustun 15-də Əfqanıstan üzərində tam nəzarətin qurulduğunu elan edib. Hərəkat ölkənin bütün böyük şəhərlərini və sərhəd keçid məntəqələrini ələ keçirib. Ardınca yaraqlılar ölkədə tam qələbə qazandıqlarını elan edərək yeni hökumət qurublar.

25 iyun 2023-cü ildə Taliban Əfqanıstan qadınlarına "azad insanlar" statusunu qaytardıqlarını və onları şəriət qanunlarını pozmaqdan azad etdiklərini açıqlaylb. 28 avqust 2024-cü ildə Əfqanıstanda qadınlara ictimai yerlərdə yüksək səslə danışmaq qadağan edilib.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr