Rusiya millisi 2025-ci ildə Uruqvay yığması ilə yoldaşlıq oyunu keçirəcək.
QOL.az xəbər verir ki, bu barədə Uruqvay Futbol Assosiasiyasının prezidenti İqnasio Alonso danışıb. O, bildirib ki, qurum yığmalar arasında yoldaşlıq oyunu keçirmək üçün Rusiya Futbol Federasiyası ilə razılaşıb.
Görüş 2025-ci ildə keçirləcək. Lakin matçın dəqiq tarixi hələlik məlum deyil.
Qeyd edək ki, Rusiyanın Ukraynaya silahlı müdaxilə etməsi səbəbindən bu ölkənin komandaları 2022-ci ilin fevralından beynəlxalq yarışlardan uzaqlaşdırılıb.