AZ

PROQNOZ: Dünyada insanların 70%-i şəhərlərdə yaşayacaq

2050-ci ilə qədər dünyada şəhər əhalisinin xüsusi çəkisinin indiki 50 %-dən 70 %-ə çatacağı proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev tədbir çərçivəsində təşkil olunmuş Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlərin Görüşündə bildirib.

"Yaxın 5-7 ildə şəhər əhalisinin sayının 500 milyon nəfərdən çox artacağı gözlənilir. Bu da öz növbəsində şəhər infrastrukturuna, o cümlədən elektrik enerjisi, su və kanalizasiya təchizatına, nəqliyyat sektoruna daha da böyük təzyiq göstərəcək. Hazırda şəhərlər qlobal CO2 emissiyalarının 70%-dən çoxuna məsuldur" - o, qeyd edib.

M. Babayev həmçinin deyib ki, şəhər əhalisinin sayının artması milli hökumətləri özəl və ictimai maraqlı tərəflərlə birlikdə qüvvələri birləşdirməyə, qarşıya qoyulmuş məqsədlərə çatmağa stimullaşdırır.

Bizim.Media

Seçilən
26
3
bizim.media

9Mənbələr