AZ

Gənclərə lazımi pul ayrılsın, güzəştlər edilsin - Deputat

Növbəti ildə gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı yetərincə səviyyədə artımın olmadığını görürük. 

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov parlament komitələrində 2025-ci il büdcə zərfi layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri hökumətdən bu sahəyə lazımi miqdarda vəsaitin ayrılmasına diqqət yetirməyi təklif edib: “Maliyyə vəsaitinin ayrılması gənclərin milli-mənəvi dəyərlər baxımdan yetişdirilməsi və təhlükəsizliyimiz baxımdan əhəmiyyət kəsb edir. Çünki xarici basqılar zamanı xarici güclər planlarını əsasən gənclər üzərindən qururlar. Ona görə də milli donorlara gənclərimizlə işləmək üçün lazımi miqdarda vəsait ayrılmasına diqqət yetirilməlidir”.

Deputat eyni zamanda idman sahəsində davamlı uğurlar əldə edilməsi üçün bu sahəyə lazımi səviyyədə maliyyə dəstəyinin verilməsini təklif edib. Deputat idman sahəsinə davamlı uğurlar əldə etmək üçün sponsorlara müəyyən güzəştlərin tətbiq edilməsini təklif edib.

Mürtəza
Ölkə.Az

Seçilən
36
olke.az

1Mənbələr