Ukrayna Rusiyanın üç bölgəsinə havadan hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi "Telegram"da məlumat yayıb.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin (AFU) beş pilotsuz uçuş aparatı Rusiyanın Bryansk, Belqorod və Oryol vilayətlərində vurulub.
Müdafiə Nazirliyi pilotsuz təyyarələrin məhv edildiyi ərazilərdə mümkün fəsadlar barədə açıqlama verməyib.
Mina Mikayılova