AZ

Lautaro Martines millidəki qolların sayına görə Maradonaya çatıb

Argentinalı hücumçu Lautaro Martines yığmadakı qolların sayına görə əfsanəvi Dieqo Maradonaya çatıb.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu bunu DÇ-2026-nın seçmə mərhələsində, Peru millisi ilə oyunda gerçəkləşdirib.

Matçın 55-ci dəqiqəsində Lionel Messinin ötürməsindən sonra hesabı açan 27 yaşlı ön xətt oyunçusu qollarının sayını 32-yə çatdırıb. Hazırda Argentina millisində ən çox qol vuranların siyahısına Lionel Messi (112) başçılıq edir. Qabriel Batistutanın 55, Serxio Aqueronun 41, Ernan Kresponun isə 35 qolu var. Martines və Maradona isə 32 qolla yığma tarixinin ən yaxşı bombardirləri siyahısında 5-ci yeri bölüşürlər.

Argentina - Peru matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
13
5
missiya.az

9Mənbələr