COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Agentliyi (AREA), “Clean Energy Invest LLC” və “Baltech Green LLC” arasında Kəlbəcər Külək Elektrik Stansiyasının tikintisinə dair Anlaşma Memorandumu imzalanıb.
“Clean Energy Invest LLC” və “Baltech Green LLC” layihə çərçivəsində birgə müəssisə yaradaraq yaxın zamanda ölçmə kampaniyalarına və layihə hazırlıqlarına başlayacaq.
Layihə 3100 metr hündürlükdə həyata keçiriləcək. Külək elektrik stansiyasının 200-240 MVt gücündə olması, 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlaması gözlənilir. Ərazinin yüksəkliyinin yaratdığı unikal şərait sayəsində layihənin ümumi gücünün gələcəkdə 600 MVt-a qədər çatdırılması potensialı mövcuddur.