AZ

Bu il qatarlarla 7 milyona yaxın - SƏRNİŞİN DAŞINIB

2024-cü ilin yanvar-oktyabr aylarında 15,5 milyon ton yük, 6 milyon 941,7 min sərnişin daşınıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə  2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,3 faiz, sərnişin daşınmasında isə 23,6 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 386 vaqon yüklənmiş, 434 vaqon isə boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,1 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

Seçilən
14
fed.az

1Mənbələr