AZ

İqlim dəyişiklikliyi: Ciddi tədbirlərin…

İqlim dəyişiklikliyi ilə bağlı bir çox məsələlərin həllində ciddi irəliləyiş yoxdur. 

“Cebheinfo.az” “Yeni Safak”-a istinadən xəbər verir ki, BMT-nin İnsan Haqları Ofisi Bakıda keçirilən BMT-nin COP29 tədbirində iştirak edən dövlətlərə növbəti iqlim fəsadlarının qarşısını almaq üçün səfərbər olmağa çağırıb.

BMT-nin mətbuat katibi Ceremi Lorens BMT-nin Cenevrədəki tədbirində bəyan edib ki, bu istiqamətdə ciddi tədbirlərin görülməsi üçün trilyon dollar miqdarında vəsaitin  xərclənməsinə ehtiyac var. 

"Bizə qlobal orta temperaturun 1,5 dərəcə selsi altında artımını saxlamaq, o cümlədən iqlim fəsadlarının yaratdığı və yaradacağı nəticələri aradan qaldırmaq üçün milyard deyil, trilyon dollar miqdarında vəsaitin toplanmasına səfərbər olmalıyıq."

Laurance bildirib ki, bu günə qədər iqlim dəyişikliyinə ən çox töhfə verənlər daha çox pul ödəməlidirlər və iqlim dəyişikliyindən ən çox təsirlənənlər iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq və davamlı olmaları üçün vəsaitlə təmin olunmalıdır:

“Hesab edirəm ki, COP29 tədbirində bir sıra vacib məsələlər nəzərdən keçirilməli və həll yolları tapılmalıdır”.

Seçilən
7
cebheinfo.az

1Mənbələr