DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasının səbətləri bəlli olub.
İdman.biz xəbər verir ki, 54 iştirakçı komanda 5 səbətə bölünüb.
Bunların dördündə 12, sonuncusunda 6 komanda yer alıb. Azərbaycan yığması 4-cü “12-liy”ə daxil edilib.
1-ci səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya,
İngiltərə, Belçika, İsveçrə, Avstriya;
2-ci səbət: Türkiyə, Ukrayna, Uels, İsveç, Serbiya, Macarıstan, Polşa, Yunanıstan, Rumıniya, Norveç, Çexiya, Slovakiya;
3-cü səbət: Şotlandiya, İsrail, Bosniya və H., Sloveniya, Gürcüstan, İslandiya, İrlandiya, Albaniya, Monteneqro, Finlandiya, Ş.Makedoniya, Ş.İrlandiya;
4-cü səbət: Qazaxıstan, Kosovo, Bolqarıstan, Ermənistan, Belarus, Farer a., Kipr, Estoniya, Latviya, Lüksemburq, Azərbaycan, Litva;
5-ci səbət: Moldova, San Marino, Malta, Cəbəllütariq, Lixtenşteyn, Andorra.
54 komanda seçmə mərhələ 12 qrupda mübarizə aparacaq. 6 qrupda beş, digər 6 qrupda dörd yığma çıxış edəcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. 2-ci yer sahibləri Millətlər Liqasından gələcək 4 komanda ilə pley-offda yarışacaq. Son 4 vəsiqə də burada sahibini tapacaq.
Qeyd edək ki, püşkatma dekabrın 13-də İsveçrənin Sürix şəhərində baş tutacaq.
İdman.biz