AZ

Komitə sədrindən MAP təşəbbüsü ilə bağlı çağırış

Komitə
“2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcəyimizə görə qürur duyuruq və bu kontekstdə şəhərsalmada İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndə İnstitutunun yaradılmasına dair ilk praktiki addımları atmağa hazır olduğumuzu bəyan edirik”.
1news.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün COP29 çərçivəsində keçirilən Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Üçüncü Nazirlər Toplantısının açılışında çıxışı zamanı deyib. Tədbirdə Bakı Davamlılıq Koalisiyasının təsis edildiyini elan edən Anar Quliyev bu təşəbbüsün Azərbaycanla Misir, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə həyata keçirdiyini diqqətə çatdırıb.

“Koalisiyanın təsis olunması ilə biz şəhərlərimizin gələcək əməkdaşlıq, innovasiya və qarşılıqlı öhdəlik əsasında formalaşacağı barədə ciddi mesaj veririk. İnanıram ki, təbiət əsaslı şəhərsalma yanaşması və güclü əməkdaşlıq vasitəsilə biz dayanıqlı və sağlam gələcək üçün əhəmiyyətli nəticələr əldə edəcəyik”, - deyən Komitə sədri bütün tərəfləri COP29-da keçirilən Şəhərsalma Günündə təqdim olunan Davamlı və Sağlam Şəhərlər üçün Çoxtərəfli Fəaliyyət Yolları (MAP) təşəbbüsünün konsepsiyalarını öz fəaliyyət planlarına daxil etməyə və milli, yerli səviyyələrdə konkret tədbirlər görməyə çağırıb.

Seçilən
4
3
1news.az

4Mənbələr