AZ

Azərbaycan millisinin məşqçisi: "İrlandiyaya qələbə üçün gəlmişik"

Səfərə qələbə üçün gəlmişik.

Bunu "Report"a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Anar Sarıyev İrlandiyaya qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis bu qarşılaşmada qalib gəlməli olduqlarını bildirib:

"Artıq Dublin şəhərindəyik. Sabah vacib matça çıxacağıq. Qələbə qazanmalıyıq. Komanda olaraq hamımız buna nail olacağımıza inanırıq. Düşünürəm ki, oyunçular da görüşə hazırdılar. İrlandiya yaxşı kollektivdir. Aqressiv və sürətli basketbolçuları var. Çox çətin olacağını bilirik. Amma səfərə qələbə üçün gəlmişik".

Qeyd edək ki, noyabrın 21-də Dublindəki Milli Basketbol Arenasında təşkil olunacaq İrlandiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İki qarşılaşmadan sonra yığmamız 3 xalla ikinci pillədə qərarlaşıb. Lider İsveçrənin 4, üçüncü yerdəki Kosovonun 3, İrlandiyanın isə 2 xalı var.

Seçilən
5
1
report.az

2Mənbələr