AZ

UNEP-in icraçı direktoru: "Turizm iqlim dəyişikliyinin qurbanıdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"2023-cü ildə emissiyalarımız azalmaq yerinə 1.3% artdı ki, bu bizim eşitmək istədiyimi xəbər deyildi".
Oxu.Az xəbər verir ki, bu sözləri UNEP-in icraçı direktoru İnger Andersen COP29-da Turizm Günü çərçivəsində "Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü"ndə çıxışı zamanı deyib.
O bildirib ki, 2030-cü ilə qədər görüləcək ən vacib iş emissiyaların 41% azaldılmasıdır.
"Biz 1.5 dərəcədə qalmaq istəyiriksə, 5 il içərisində emissiyaları azaltmaq lazımdır. Lakin bunu etmək qismən mümkün olacaq. Çünki turizm sektorunun qlobal emissiyalarda 8.8 faizlik məsuliyyəti var. Qlobal emissiyaların 70%-i nəqliyyatdan qaynaqlanır. Turizm isə iqlim dəyişikliyinin qurbanıdır".
Ötən gün Xəzər dənizinin və digər yerlərin səviyyəsinin aşağı düşməsindən bəhs edən hesabat yaydıqlarını xatırladan İnger Andersen qeyd edib ki, sahil və dəniz özlüyündə turizmin 50%-ni təşkil edir:
"Biz eyni dəniz səviyyəsinin yüksəldiyi dəniz, sahil istiqamətlərində nələrin baş verdiyinin də şahidi olduq. Əslində sahil və dəniz özlüyündə turizmin 50%-ni təşkil edir. Bura insanların davamlı səyahət etdiyi yer olduğu üçün ÜDM-ə təxminən 4.6 trilyon dollar töhfə verirlər. Bu isə inkişaf etməkdə olan dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir".
Aygün Mirakif
Seçilən
24
50
oxu.az

10Mənbələr