Argentina millisi DÇ-2026-nın seçmə mərhələsində Peru ilə matçda bir qolla qələbə qazanıb.
Publika.az xəbər verir ki, 55-ci dəqiqədə hücumçu Lautaro Martines fərqlənib. 27 yaşlı argentinalı üçün bu, onun millidə sayca 32-ci qolu olub. Bu göstəriciyə görə o, Dieqo Armando Maradonaya çatıb.
O, indi Argentina yığmasının tarixində ən çox qol vuran 5 futbolçudan biridir. Martines yalnız Ernan Krespo (35 qol), Serxio Aquero (41 qol), Qabriel Batistuta (55 qol) və Lionel Messidən (112 qol) geri qalır.