AZ

Son üç ildə Azərbaycanda elektrik avtomobillərinin idxalı əhəmiyyətli dərəcədə artıb – Gülnaz Cavadova

Bakı. Trend:

Son üç ildə Azərbaycanda elektrik avtomobillərinin idxalıtəxminən 33 dəfə artıb.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasınınİqtisadi siyasət və sənaye məsələləri şöbəsinin baş məsləhətçisiGülnaz Cavadova "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusundakeçirilən yüksək səviyyəli dəyirmi masada çıxışı zamanıbildirib.

"Azərbaycanda elektrik avtomobillərinin idxalı əhəmiyyətlidərəcədə artaraq, son üç ildə 160 avtomobildən 5 min avtomobildənçox səviyyəyə çatıb ki, bu da təxminən 33 dəfə artım deməkdir.

Başqa bir mühüm nailiyyət idxal olunan avtomobillər bazarındaelektrik avtomobillərinin payının artmasıdır. Bu pay 0,22 faizdən4,37 faizə yüksəlib ki, bu da ekoloji təmiz nəqliyyata keçidinəhəmiyyətli bir dönüş nöqtəsi olduğunu göstərir", - deyə obildirib.

Onun sözlərinə görə, hazırda ölkədə 600-dən çox elektrikdoldurma qurğusu quraşdırılıb ki, onların 70 faizindən çoxu özəlsektor tərəfindən təmin edilib.

"Ekoloji cəhətdən təmiz avtomobillərin istifadəsinistimullaşdırmaq üçün biz 2022-ci ilin yanvarında ƏDV-dən 18 faizlikazadolma tətbiq etdik. Bu azadolma yalnız elektrik və hibridavtomobillərin gömrükdən keçirilməsi və satış dəyərinə deyil, həmdə elektrik avtomobilləri üçün doldurma qurğularının idxalına daşamil edilir. Bu, dayanıqlı mobillik üçün fasiləsiz təchizatı təminedir.

2022-ci ilin dekabrında isə elektrik avtomobillərinin idxalına15 faizlik gömrük rüsumundan azadolma tətbiq etdik. Bundan əlavə,bank sistemində elektrik avtomobilləri üçün ilkin ödəniş məbləği 40faizdən 10 faizə, hibrid avtomobillər üçün isə 20 faizə endirildiki, bu da onların maliyyə baxımından daha əlçatan olmasına imkanyaradır", - deyə G.Cavadova vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
9
az.trend.az

1Mənbələr