AZ

Ərdoğan İsrail prezidenti ilə bağlı xəbəri təsdiqlədi: "Bəli, ona hava məkanımız qapatdıq"

Prezident Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən COP29 sammitinə qatılmaq istəyən İsrail prezidenti Yitzhak Hersoqun təyyarəsi üçün Türkiyənin hava məkanını bağladıqları ilə bağlı iddiaları cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dövlət başçısı xəbəri təsdiqləyib.

O, Yitzhak Hersoqun təyyarəsinə Türkiyə hava məkanını bağladıqları barədə sualı müsbət cavablandırıb: “İsrail prezidenti Yitzhak Hersoqa Azərbaycanda keçirilən iqlim sammitində iştirak etmək üçün Türkiyə hava məkanından istifadə etməsinə icazə vermədik. Ona alternativ yollar təklif etdi. Düzünü desəm, onun o rotadan istifadə edərəık, sammitə gedib-getmədiyini bilmirəm. Ancaq Türkiyə olaraq bəzi məsələlərdə mövqe nümayiş etdirməliyik və bu mövqeyimizi davam etdirəcəyik".

Xatırladaq ki, İsrail mediası Türkiyənin qərarına görə, Hersoqun Bakıya gələ bilmədiyini iddia edir.
 
Zülfiyyə Mustafayev

MİA.AZ
 

Seçilən
23
mia.az

1Mənbələr