Abxaziyada növbədənkənar “prezident” seçkiləri gələn il fevralın 15-də keçirilə bilər.
Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu qondarma respublikanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilir ki, məsləhətləşmələr zamanı bu tarix dəyişə də bilər.
“Seçkilərin vaxtı ilə bağlı qərarı parlament verir”, - deyə vurğulanıb.
Qeyd edək ki, bir neçə gün öncə Abxaziya “prezidenti” Aslan Bjaniya etirazlardan sonra istefa vermişdi.
Daşqın HəsənovMissiya.Az