AZ

Məhkəmə “qanuni oğru”ya bəraət verdi: Prokurorluq boş oturmadı

Ermənistanda “qanuni oğru”, “Pzo” ləqəbli Armen Kazaryanın bəraət hökmündən prokurorluq apellyasiya şikayəti verəcək. 

“Cebheinf.az” xəbər verir ki, bu haqda Ermənistan mətbuatı yazıb. 

Bundan əvvəl məhkəmənin Armen Kazaryana bəraət verdiyi bildirilirdi.

Yada salaq ki, 2022-ci il martın 21-də prokuror Armen Kazaryana qarşı cinayət iyerarxiyasında ən yüksək statusa malik olmaqla onu saxladığına görə (CM-in 322-ci maddəsinin 1-ci hissəsi) ictimai cinayət təqibi başlayıb. Prokurorluğun məlumatına görə, 1991-ci ildə Rostov-Don şəhərində Armen Kazaryan cinayət iyerarxiyasında ən yüksək statusa malik şəxslərin iştirakı ilə “taclandırılıb”, Rusiyada ən yüksək “qanuni oğru” statusunu alıb. Kazaryana qarşı qabaqlayıcı tədbir kimi səyahət qadağası və 20 milyon dram məbləğində girov tətbiq edilib. Cinayət işi 2024-cü ilin martında məhkəməyə göndərilib.

Seçilən
14
cebheinfo.az

1Mənbələr