AZ

Turizm bölgəsidir, ancaq heç bir şərait yoxdur - Neftçalanın deputatı

“Azərbaycanda işsizlik get-gedə artır. Buna aradan qaldırmaq üçün iş yerləri açılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirəsi zamanı Tənzilə Rüstəmxanlı deyib.

“Mənim qəbulumda olanların əksəriyyəti iş problemindən şikayətlənir. Seçildiyim bölgə - Neftçala pambıq bölgəsidir. Pambıq zavodu var. Olmaz ki, orada tikiş fabriki də açılsın? Turizm bölgəsidir, ancaq heç bir şərait yoxdur. Şərait yaradılmalıdır. Bunları demədən keçə bilməzdim. Nefçalada insanların çox problemi var. Yay aylarında ciddi içməli su problemi də yaşanır", - deputat vurğulayıb.


Müəllif: Şəbnəm Zahir
Seçilən
10
1
teleqraf.com

2Mənbələr