“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə "Honeywell Energy and Sustainability Solutions" şirkətinin prezidenti və baş icraçı direktoru Ken Vest ilə biznes mühitində dayanıqlı fəaliyyətə keçid, bərpaolunan enerji resurslarından istifadə və iqtisadiyyatda innovativ mexanizmlərin tətbiqi sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Şirkətin müasir texnologiyalar sahəsində təcrübəsinin enerji keçidi istiqamətində təşəbbüslər üçün faydalarını qeyd etdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.