AZ

Deputat uşaq pulundan danışdı: "Hansısa bir mexanizm düşünülməlidir"

Deputat uşaqpulundan danışdı

"Bu gün qarşımızda duran ən önəmli məsələlərdən biri bölgələrdə yeni iş yerlərinin yaradılmasıdır. Qəbul zamanı gələnlər iş və ya maddi dəstək istəyir. Bunun obyektiv və subyektiv səbəbləri var".

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.


O bildirib ki, uşaqpulu məsələsi çox müzakirə olunub və cavablar da aydındır: "Bu bölgələrdə daha çox özünü göstərir. Belə ki, 2023-2024-cü illər, eyni zamanda əvvəlki tarixi müqayisə edəndə uşaqların sayında təxminən 6 minə yaxın azalma var. Anlayırıq ki, hər kəsə uşaqpulunun verilməsi mümkün deyil. Amma çoxuşaqlı ailələrlə bağlı hansısa mexanizmlərin düşünülməsi gündəmdə saxlanılmalıdır".

Deputat veteranların da müavinətinin müəyyən miqdarda artırılması məsələsinə baxılmasını təklif edib.
Seçilən
25
5
bakupost.az

6Mənbələr