AZ

Hindistan hökuməti islamofob siyasətini davam etdirir

Hindistanın hakim “Bharatiya Janata” partiyası müsəlmanlara qarşı mənfi əhval-ruhiyyəni təbliğ etdiyi üçün tənqid olunub.

KONKRET.az xəbər verir ki, Hindistanın şərqindəki Jarkand əyalətində parlament seçkiləri kampaniyası çərçivəsində yayımlanan video etirazlar yaradıb. Səsvermənin birinci mərhələsi noyabrın 13-də baş tutub, ikincisi bu günə təyin edilib və nəticələr noyabrın 23-də açıqlanacaq. Qəzəbə səbəb videoda müsəlmanların müxalifət tərəfdarının evinə girməsidir. Qadın jest edir, sanki gələnlər xoşagəlməz iy verir, müsəlman uşaqları mebelləri çirkləndirir.

Tənqidçilər BJP-ni müsəlmanlara və digər milli azlıqlara qarşı nifrət yaratmaqda ittiham edirlər.

“Modinin partiyası seçki kampaniyasında islamofob təbliğatdan istifadə edir. Hindistanın Seçki Komissiyası bu çılğınlığı dayandırmaq üçün heç bir addım atmır, çünki SK Modidən asılıdır”. Bunu Hindistan əsilli isveçli alim Aşok Svain sosial mediadakı “X” hesabında yazıb. Cammu və Kəşmir Xalq Demokratik Partiyasının lideri Mehbooba Müfti də videonu pisləyib və bunu “millətin dünyəvi quruluşuna” təhqir adlandırıb: “Cammu və Kəşmirin əhalisinin əksəriyyətinin müsəlman  olmasına baxmayaraq, onlar dünyəvi, demokratik Hindistanda yaşamağı seçdilər”. Bunu  Müfti özünün “X” hesabında yazıb. “Bu seçim bütün dinlərin dinc  yaşaya biləcəyi plüralist  düşüncə ilə edilib.Bunun adı ləyaqətdir”.

Mübahisəyə cavab olaraq, Hindistan Seçki Komissiyası videonun BJP-nin sosial media səhifələrindən silinməsini əmr edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
7
konkret.az

1Mənbələr