AZ

Nuh Peyğəmbəri də “erməni” çıxardılar – sarsaq iddia

“Erməni xəstəliyi” haqqında çox danışılıb. Bu xəstəliyin müalicəsinin olmadığı da zamanla sübut olunub. Məsələ belədir ki, bu xalqın önündə gedən ziyalısı belə o xəyaldadır ki, bütün dünya ermənilərin olub. Hətta rus bloggerin verilişində İrəvan Tarix İnstitutunun elmi işçisi iddia edib ki, İsa Peyğəmbərdən öncə onlar xristianlığı qəbul ediblər. Yəni nonsens…
Tribunainfo.az xəbər verir ki, ermənilər bu dəfə Nuh peyğəmbəri “erməni” çıxarıblar. Çoxsaylı oxucusu olan “Ermənistan Xəbərləri” saytında bununla bağlı yazı dərc olunub və həmin məqalədə Azərbaycan “ittiham” belə edilib.
Həmin məqalədə qeyd edilir ki, Nuh Peyğəmbər milliyyətcə erməni olub. “Nuh Peyğəmbər əslən erməni olub və o, ermənilərin ilk patriarxıdır”.
Amma onların iddiası bununla da bitməyib. Məqalə müəllifləri yazıblar ki, guya, Nuhun gəmisi Ağrı dağına dəyərək dayanıb, sonradan Nuh düzənliyə, yəni Naxçıvana enib.
İşin ən gülməli tərəfi budur ki, ermənilər o qədər bəsit arqumentlər gətirirlər ki, bişmiş toyuğun gülməyi gəlir. Üstəlik, ən biabırçı tərəf odur ki, onlar bu prosesdə öz “tarixçi”lərindən istifadə edirlər. Məsələn, məqalədə “Nuhun qəbri Naxçıvanın cənubundakı erməni qəbristanlığındadır. Əgər o erməni olmasaydı, qəbri müsəlman qəbristanlığında olardı” fikirləri yer alıb.
Nuhun vaxtında nə müsəlman, nə xristian yox idi. Onun yaşadığı dövrlərdə isə ümumiyyətlə, bu müzakirə mövzusu belə deyildi. Nuh özü Peyğəmbər olaraq, tək Allahlı idi və bunu təbliğ edirdi. Onun harada dəfn olunmasına gəldikdə isə bu nağılı ermənilər haradan uydurublar, bəlli deyil. Yəni, ortada ciddi tarixi mənbə belə mövcud deyil.
Amma məqalə müəllifləri bununla yetinməyib Naxçıvan sözünün mənşəyini də təhrif ediblər. Daha dəqiqi, özünküləşdiriblər. Məsələn, “Naxıcevan” sözünün hərfi mənası qədim ermənicə “İlk məskən” deməkdir” fikrini yazmaq üçün dəli olmaq lazımdır. Ona görə ki, bütün qədim mənbələrdə “Naxçivan” sözü eyni mənada səslənib və bunun erməni diliylə heç bir əlaqəsi yoxdur. Əksinə, qədim akkad mənbələrində belə bu şəhərin düzən yerdə yerləşməsindən bəhs belə edilmir. .
Məqalənin sonunda erməni tərəfi Azərbaycanı ittiham etməkdən də çəkinməyiblər. Onlar iddia ediblər ki, guya, Azərbaycan alimləri Nuh məsələsini təhrif edir, onun “erməni mənşəli” olmasını gizlətməyə çalışır və sairə. “Azərbaycan alimləri Nuh Peyğəmbəri özünküləşdirmək istəyirlər. Lakin onun erməni olmasını heç cür qəbullanmaq fikirləri yoxdur”.
P.S. Həqiqətən ermənilər ciddi şəkildə xəstədirlər. Dünyada heç bir xalq Peyğəmbər məsələsində nə millət, nə xalq söhbəti etmir. Ona qalsa, yəhudilər daha çox bu imkanlardan istifadə edərlər. Çünki ən çox Peyğəmbər onlara göndərilib.

Seçilən
10
tribunainfo.az

1Mənbələr