AZ

Maliyyə Nazirliyi vergi güzəştlərinin səmərəliliyini qiymətləndirdi

2022-2023-cü il üzrə artıq Maliyyə Nazirliyi tərəfindən vergi güzəştlərinin səmərəliliyi qiymətləndirilib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov deyib.

Onun sözlərinə görə, güzəştlər 0,6 %-dən yuxarı olanda daha səmərəli güzəştlər kimi qiymətləndirilir:

"Bu vergi güzəştlərindən səmərəsiz, həmçinin az səmərəli olanlar da var. Bu gün təqdim edilən dəyişikliklərdən sonra Dövlət Vergi Xidməti 20, 9 milyon manat, Gömrük Komitəsi 2,9 milyon manat, ümumilikdə 23,8 milyon manat itki olacaq. Eyni zamanda yekunda 7,8 milyon manat gəlir əldə edilməsi proqnozlaşdırılıb”.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
24
3
teleqraf.com

8Mənbələr