AZ

Nəqliyyat Paris Sazişi məqsədlərinə nail olmaq səylərində əsas sektordur – Çilinin nəqliyyat naziri

Bakı. Trend:

Nəqliyyat Paris Sazişi məqsədlərinə nail olmaq səylərində əsassektordur.

Trend xəbər verir ki, bunuÇilinin nəqliyyat və telekommunikasiya naziri Xuan Karlos Munyos,COP29 çərçivəsində keçirilən "Şəhər nəqliyyatınınyaşıllaşdırılması" mövzusunda yüksək səviyyəli dəyirmi masadaçıxışə zamanı deyib.

"Gələn Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələrin (NDC) növbətiraundu 2025-ci ilin fevralına qədər təqdim olunmalıdır. Bu töhfələriqlim dəyişikliyinin təsirini azaltmaq və Paris Sazişi məqsədlərinənail olmaq üzrə kollektiv öhdəliyimizi ifadə edir. Hamımızın yaxşıbaşa düşdüyümüz kimi, nəqliyyat bu səylərdə əsas sektordur. Busektor enerjiyə bağlı CO2 emissiyalarının 23 faizini təşkil edərəkqlobal istixana qazı emissiyalarına əhəmiyyətli töhfə verir.

Lakin acı reallıq ondan ibarətdir ki, bu sektor Paris Sazişiüzrə öhdəliklərimizə uyğun olaraq dekarbonizasiya yolunda hərəkətetmir. Qlobal emissiyalara olan təsirinə baxmayaraq, mövcudNDC-lərin yalnız 33 faizi nəqliyyat sektorunda emissiyalarınazaldılması üçün konkret hədəfləri əhatə edir. Halbuki NDC-lərinəksəriyyəti nəqliyyat tədbirlərinə toxunur, lakin onların əhatədairəsi və detalları çox fərqlidir", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, belə uyğunsuzluq, əgər dayanıqlı gələcəkqurmağa ciddi yanaşırıqsa, aradan qaldırmalı olduğumuz boşluqyaradır.

"Bu boşluğu aradan qaldırmaq üçün MFT Katibliyi tərəfindənhazırlanmış nəqliyyatın milli müəyyənləşdirilmiş töhfələrəinteqrasiyası üzrə yeni rəhbər sənədi elan etməkdən və təqdimetməkdən məmnunam. Bu sənəd nəqliyyat məsələsinə yanaşmada dönüşnöqtəsi olacaq vacib bir resursdur.

Vurğulamaq lazımdır ki, bu sənəd məcburi xarakter daşımır.Əksinə, hökumətlərin öz milli şəraitlərinə, inkişaf yollarına vəyanaşmalarına uyğunlaşdıra biləcəyi kompleks bir çərçivə təklifedir. Hər bir ölkə özünəməxsus çağırışlar, imkanlar vəprioritetlərlə üzləşir və NDC-lər bu müxtəlifliyi əks etdirməkləParis Sazişi məqsədlərinə uyğun olmalıdır", - deyə Munyos əlavəedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr